Paşinyan Qarabağda məxməri inqilab edəcək – Marqaryan

Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdakı “seçki”nin nəticələrini dəstəkləməsə, o, burada inqilab edəcək.

Müstəqil.Az  xəbər verir ki, bunu “168.am”a müsahibəsində erməni əsilli amerikalı politoloq Robert Marqaryan deyib.

Onun sözlərinə görə, Qarabağ konflikti ətrafında yeni və təhlükəli tendensiya mövcuddur. O, Paşinyanın hərəkətlərinin Bakının əlinə oynadığını bildirib:

“Paşinyan öz planlarının reallaşdırılması üçün məxməri inqilabı Qarabağa ixrac etməyə cəhd edəcək. İrəvan və Qarabağ arasında istənilən eskalasiya Azərbaycanın xeyrinə işləyəcək”.

Mete XAN

Share: