Qabyuyan maşının içindən zəhərli ilan çıxdı – VİDEO

Sosial şəbəkələrlə saatlarla qabyuyan maşında “yuyulan” zəhərli ilan barədə video böyük maraq yaradıb.

Bu barədə kadrları UPI yayımlayıb.

Hadisə Avstraliyada baş verib.

Ailə yuyulan qabların arasında sürünən ilanı görərək, “Snake Catchers Adelaide” şirkətinə müraciət ediblər. Onların sözlərinə görə, ilan işləyən  qabyuyan maşında 2,5 saat qalıb.

İlan ovçuları Tordərili qəhvəyi ilan tutduqlarını bildiriblər. Kadrlarda  mütəxəssisin qabyuyan maşından ilanı çıxararaq qara torbaya qoyması görünür. İlanın sonrakı taleyi məlum deyil.

 

Share:

Author: admin