Almaniyada, qaçqın düşərgəsində azərbaycanlılar arasında dava: Xəsarət alan var

Almaniyanın Deggendorf şəhərində azərbaycanlılar arasında dava düşüb.

Plus.pnp.de-nin xəbərinə görə, dünən axşam yerli vaxtla 19:50 radələrində şəhərdə yerləşən qaçqın düşərgəsində 35 yaşlı azərbaycanlı qonşu otaqda qalan 20 yaşlı həmyerlisi ilə mübahisə edib.

Onların mübahisəsi davaya çevrilib və bu zaman daha iki azərbaycanlı da onlara qoşulub.

Nəticədə 35 yaşlı azərbaycanlı 20 yaşlı həmyerlisinin gözünü zədələyib.

Xəstəxanaya aparılan yaralı müalicədən sonra düşərgəyə qaytarılıb.(oxu.az)

Share: