Başlarına kişi düşən qızlar öldü

Çinin Çunçin şəhərində bir nəfər çoxmərtəbəli binanın yanından keçənlərin üzərinə düşüb.

Bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.

Hubei əyalətindən olan 31 yaşlı kişi eyvandan yıxılıb. Həmin vaxt təsviri sənət dərslərindən qayıdan 15 və 17 yaşlı iki qız binanın yanından keçirmiş.

Kişinin yıxılması nəticəsində onların üçü də ağır yaralanıb. Xəsarət alanlar xəstəxanaya çatdırılsa da, həkimlər onları xilas edə bilməyib.(oxu.az)

 

Müstəqil.Az

Share: