Şamaxı Dövlət Regional Kollecində 2019/2020-ci tədris ilinin semestr imtahanı keçirildi – VİDEO

Müstəqil.Az xəbər verir ki, bu gün Şamaxı şəhərində yerləşən Şamaxı Dövlət Regional Kollecində 2019/2020-ci tədris ilinin semestr imtahanı keçirilib.
Sözü gedən müəssisədə iqtisad və texnologiya şöbəsinin imtahanı keçirilib.
Qeyd edək ki, imtahan saat 12:00-da start götürüb və günorta saat 14:00-da yekunlaşıb. Regional kollecin tələbəsi Xanım Babayevanın sözlərinə görə, imtahan prosesi yüksək səviyyədə keçib və tələbələrin bütün rahatlığı təmin olunub.
İqtisadiyyat və texnologiya şöbəsinin müdiri Kərbalı Musayevin sözlərinə görə, şöbədə hal-hazırda 6 ixtisas üzrə kadr hazırlanır.
İmtahanda 70 nəfər tələbə iştirak edib.
Aynur Nəzərli
Müstəqil.Az

280 baxılıb
mersin escort