Uzaq səfərlər kapitanı, “KASPAR”ın keçmiş rəisi Aydın Bəşirov vəfat edib

 Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov vəfat edib.

Dənizçilərin Hüquqlarının Müdafiəsi İctimaii Birliyi (DHM İB)Müstəqil.Az-a  xəbər verir ki bu barədə “Report”a mərhumun  yaxınları məlumat verib.

A.Bəşirov uzun sürən xəstəlikdən sonra Türkiyədə dünyasını dəyişib. Mərhumun cənazəsinin bu gün axşam Bakıya gətiriləcəyi və sabah dəfn ediləcəyi gözlənilir.

Qeyd edək ki, A.Bəşirov 1947-ci ildə Bakının Güzdək kəndində anadan olub. Azərbaycan Prezidentinin 1994-cü il 19 avqust tarixli fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin edilib. O, 2013-cü ilin oktyabrın 22-dək bu vəzifədə işləyib.

A.Bəşirovun vəfatı barədə məlumatı ilk olaraq “BakıPost” saytı yayıb.

Allah rəhmət eləsin!

Share: