Ermənistanın Baş Qərargah rəisi: Bakı bizdən üstündür – Video

Naxçıvandakı hərbi kontingentini möhkəmlətmək üçün Azərbaycan Türkiyə ilə birlikdə böyük səy göstərir.

Müstəqil.Az xəbər verir ki, bu sözləri Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan deyib.

Onun sözlərinə görə, Azərbaycan Naxçıvan istiqamətində, xüsusilə də dağlıq ərazilərdə mövqe baxımından üstündür.

“Son 2-3 ay ərzində biz bəzi dəyişikliklərə əl ataraq mövqeyimizi yaxşılaşdıra bildik”, – deyən Davtyan Azərbaycanın məhz Naxçıvan istiqamətində üstün olduğunu vurğulayıb.

“Nə qədər ki, Dağlıq Qarabağ məsələsi siyasi baxımdan həll olunmayıb, biz müharibənin kifayət dərəcədə real olduğunu hesab edirik”, – deyə Davtyan bildirib.

Müstəqil.Az

Share: