Sabir Rüstəmxanlı bu dairədən namizəd olacaq – Sənədləri təqdim olundu

Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasınım (VHP) sədri Sabir Rüstəmxanlı növbədənkənar parlament seçkilərinə qatılıb.

Boyukmillet.com xəbər verir ki, Sabir Rüstəmxanlının sənədləri bu gün 61 saylı Neftçala Seçki Dairəsinə təqdim olunub.

Qeyd edək ki, 1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan “Azərbaycan”ı təsis edən və iki il bu mətbu nəşrin baş redaktoru olan Sabir Rüstəmxanlı ölkəmizin müstəqil olmasında imzası olan istiqlalçı deputatlardan biri, Dünya Azərbaycanlıları Konqressinin həmsədridir.

Share:

Author: admin