Bayram süfrəsi hazırlamaq neçəyə başa gəlir? – REPORTAJ

Yeni il süfrəsini bir qayda olaraq “paytaxt” salatı, plov, yarpaq dolması, ləvəngi, meyvələrdən naringi, portağal, ananas, banan, zövqə görə cürbəcür spirtli və spirtsiz içkilər bəzəyir.

Ümumiyyətlə, Yeni il süfrəsinin müxtəlif təamlarla bəzədilməsi və ailə üzvlərinin həmin süfrədə toplaşması ənənə kimi bu gün də davam etdirilir. Ötən günlərdə Yeni il yolkası qurmaq üçün nə qədər xərc çəkmək lazım olduğu barədə yazmışdıq.

Müstəqil.Az Oxu.Az-a istinadla ibayram süfrəsi hazırlamağın bir ailəyə neçəyə başa gəldiyini dəqiqləşdirməyə çalışıb:

Bayramqabağı süni qiymət artımının müşahidə edilmədiyini desək, yalan olar. Odur ki, mümkün qədər qiymətlərin münasib olduğu yarmarkalara və mağazalara üz tutduq. Ümumilikdə, qiymətlərdə 2018-ci il illə müqayisədə, bir qədər artım müşahidə edilir.

Əhalinin bayram günü aldığı məhsullardan ən önəmlisi ətdir. Ətin qiyməti ötənilki qiymətlərlə müqayisədə, əlli qəpikdən bir manata qədər bahalaşıb. Digər məhsulların qiymətləri isə aşağıdakı kimidir:

Market qiymətləri:

Məhsulun adı Ədəd/Kq 2019-cu il üçün 2018-ci il üçün
Mal əti (sümüklü) 1kq 11 AZN 10,13 AZN
Mal əti (sümüksüz) 1kq 13 AZN 12,34 AZN
Toyuq əti 1kq 3,14 AZN 4,26 AZN
Toyuq yumurtası 10 ədəd 1,30 AZN 1,56 AZN
Qatıq 3kq 5,50 AZN 3,74AZN
Düyü (yumru) 1 kq 1,60 AZN 1,35
Kartof 1kq 0,85 AZN 0,78 AZN
Baş soğan 1kq 0,59 AZN 0,45 AZN
Pomidor 1kq 1,80-2,40 AZN 2 AZN
Xiyar 1 kq 1-2,30 AZN 1 AZN
Yerkökü 1 kq 1,10 AZN 0,80 AZN
Mayonez 350 q 2,20 AZN 1,21 AZN
Konservləşdirilmiş yaşıl noxud 325 q 1,80 AZN 1,65 AZN
Konservləşdirilmiş qarğıdalı 340 qr 2,40 AZN 2 AZN
Nehrə yağı 1 kq 14 AZN 15,20 AZN
Qoz 1 kq 18 AZN 16 AZN
Fındıq 1 kq 16 AZN 17 AZN
Ağ kişmiş 1 kq 5 AZN 6,65 AZN
Qara kişmiş 1 kq 6 AZN 7 AZN
Badam 1 kq 22 AZN 23 AZN
Portağal 1 kq 3,55 AZN 2,50 AZN
Naringi 1 kq 2,30 AZN 2 AZN
Armud 1 kq 3,80 AZN 2,50 – 3 AZN

Yarmarkalarda olan qiymətlər isə aşağıdakı kimidir:

Məhsulun adı Ədəd/Kq Qiymətlər
Baş soğan 1 kq 0,70-0,90 AZN
Kartof 1 kq 0,60-0,85 AZN
Pomidor 1 kq 1,20 AZN
Xiyar 1 kq 1 AZN
Banan 1 kq 2,75-3 AZN
Kivi 1 kq 1,50-2 AZN
Portağal 1 kq 2 AZN
Naringi 1 kq 1 AZN
Armud 1 kq 2,20 AZN
Nar 1 kq 2 AZN
İri qara kişmiş 1 kq 16 AZN
Xırda qara kişmiş 1 kq 10 AZN
İri ağ kişmiş 1 kq 14 AZN
Xırda ağ kişmiş 1 kq 8 AZN
Qabıqlı qoz 1 kq 5 AZN
Təmizlənmiş qoz (Zaqatala) 1 kq 16-19 AZN
Təmizlənmiş qoz (Ordubad) 1kq 22-25 AZN
Fındıq (Qəbələ) 1 kq 16 AZN
Fındıq (qovrulmuş) 1 kq 18 AZN
Badam 1 kq 24 AZN
Şabalıd 1 kq 7 AZN
Qarışıq çərəz 1 kq 12 AZN

Əhalinin bir qismi qiymətlərin normal olduğunu, zəruri olan bütün məhsullardan ala bildiyini desə də, digər qrup qiymətlərin ildən-ilə artdığını deyir. Xüsusilə də çərəzlərdə gözəçarpacaq dərəcədə qiymət artımı müşahidə edilir.

Share: