ABŞ Rusiyaya qarşı kibermüharibəyə başlayıb

ABŞ Rusiyaya qarşı kibermüharibə taktikasını inkişaf etdirməyə başlayıb.

“The Washington Post”un məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin kiberkomandanlığının Rusiyanın yüksək vəzifəli şəxslərinə və iş adamlarına qarşı kiberəməliyyatlar həyata keçirməyə hazırlaşdığı aşkar edilib.

Məlumatda deyilir ki, hücuma başlamaq əmri “əgər Moskva ABŞ-da keçiriləcək 2020-ci il seçkilərinə müdaxilə edərək, seçki sistemlərini pozmağa çalışarsa” verilə bilər.

Eyni zamanda, bildirilib ki, Rusiya lideri Vladimir Putinin hücum hədəfi deyil.

Belə olarsa, Moskva ABŞ-ı təxribatçı hesab edəcək.

Share:

Author: admin