Katoliklərin Milad bayramı – VİDEO

Katoliklər bu müqəddəs günü günahsız Məryəm ana kilsəsində qeyd ediblər

Miladdan öncəki gecə Bakıda katolik xristianlarının Milad Bayramı keçirilib. Dünya katolikləri hər il dekabrın 24-dən 25-nə keçən gecə İsa peyğəmbərin doğulmasını xüsusi təntənə ilə bayram kimi qeyd edirlər. Bakıda yaşayan katoliklər də ənənəvi olaraq bu günü Günahsız Məryəm Ana Kilsəsində qeyd ediblər. Bayram messası rus və ingilis dillərində də keçirilib. Kilsədə Milad münasibətilə xüsusi ibadət icra olunub. Kilsəyə toplaşanlar İsa Məsihə dualar edib, kilsə xoruna qoşularaq Bibliyadan mahnılar oxuyublar.

Roma Katolik Kilsəsinin Azərbaycan üzrə ordinarisi Vladimir Fekete mərasimdən sonra ziyarətçilərə xeyir-dua verib və Milad Bayramı münasibəti ilə hər kəsi təbrik edib.

İsa peyğəmbərim dünyaya gəlişi 2020 il bundan əvvələ təsadüf edir. Amma biz dəqiq tarixi bilmirik. Lakin tarixi faktlar onun məhz qışda doğulduğunu iddia edir. Din xadimləri bunun onunla əsaslandırırlar ki, o vaxtlar Roma imperiyasında insanlar bu günlərdə özlərinin uydurduqları allahların bayramını qeyd edirdilər. Bu səbəbdən də onlar əhalini bu bayramlardan yayındırmaq üçün 25 dekabr tarixini İsa peyğəmbərin doğum günü kimi qeyd etməyə başlayıblar. Azərbaycanda yüzlərlə yerli və minlərlə xarici katoliklər yaşayır. Ölkə rəhbərliyinin dəstəyi sayəsində biz burda rahatlıqla milad bayramını keçirə bilirik. Biz burada özümüzü digər ölkənin vətəndaşları kimi hiss etmirik, biz burda bir ailə kimi yaşayırıq.

Azərbaycanın tolerant ölkə olduğunu biz hər sahədə görürük. Müsəlman ölkəsində xristianlar üçün bayramlarını rahat şəkildə qeyd etmələri üçün hər cür şəraitin yaradılması, bayram günlərini hər iki dinə qulluq edənlərin birgə keçirməsi də buna sübutdur.

Tədbirinin sonunda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin təbrik məktubu xüsusi vurğulanıb.

Share: