İlham Əliyevin bu sözləri TÜRKİYƏNİ silkələdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilin yekunları ilə bağlı yerli mediaya verdiyi müsahibəsi Türkiyədə böyük əks-səda doğurub.

Müstəqil.az xəbər verir ki,prezidentin Türkiyənin Avropa İttifaqına qəbul edilməməsi ilə bağlı dediyi sözlər Türkiyənin əksər nəşrlərində manşet olub.

“Sabah”: “Azərbaycan prezidenti Əliyevdən Avropa İttifaqına Türkiyə reaksiyası”

“İndependent Türkcə”: “Əliyev: Aİ Türkiyəni müsəlmandır deyə birliyə qəbul etmir, bizi də qəbul etməzlər”

“Xəbərlər.com”: Azərbaycan Prezidenti İlham Əliyev: “Türkiyə müsəlman ölkəsi olduğu üçün Avropa İttifaqına qəbul edilmir”

“Yeni akit”: Əliyevdən Türkiyə çıxışı: “Qəbul etmədikləri təqdirdə…”

“Sputnik Türkiyə”: “Azərbaycan prezidenti Əliyev: Aİ-nin Türkiyəyə etdiyi böyük ədalətsizlikdir”

“Xəbər7”: “Əliyevdən ölkədə gündəm olan Türkiyə çıxışı!”

“Yeni şəfəq” və “Hürriyyət”: “İlham Əliyev: Avropa İttifaqı Türkiyə qarşı böyük ədalətsizlik edir”.

“İxlas” Xəbər Agentliyi: “Azərbaycan prezidenti Əliyev: Aİ-nin Türkiyəyə etdiyi böyük haqsızlıqdır”

 

Müstəqil.Az

Share: