Çində “Quran”ı yenidən yazacaqlar

Çində “Quran” və “İncil” Çin Kommunist Partiyasının ideologiyasına uyğun olaraq yenidən yazılacaq.

Çin dövlət xəbər agentliyi “Xinhua”, Çin Kommunist Partiyasının daimi üzvü və Baş nazirin müavini Wang Yangın rəhbərliyi ilə ölkənin ən əhəmiyyətli dini etiqad qruplarının nümayəndələrinin iştirakı ilə keçirilən simpoziumun materiallarını dərc edib.

Xəbərdə “Dini mətnlər tam qiymətləndirilməli, lazım olduqda uyğun olmayan məzmuna dəyişiklik edilməli və mətnlər yenidən tərcümə edilməlidir”, – deyə bildirilib.

Share: