Dəmirqapı Dərbənddə Düriyyə Rəhimovanın 90 illik yubileyi keçirildi – FOTO

20 dekabr, 2019-cu il, Dəmirqapı Dərbəndin Ləzgi Dram Teatrının binasında Dağıstan Respublikasının xalq artisti, dostluq şərəf ördeni mükafatçısı, iki səhnənin Bülbülü, Dağıstan və Azərbaycan xalqının dəyərli qızı, əvəzsiz sənətkar, Dağıstanda, Dərbənddə Azərbaycan mədəniyyətini göz bəbəyi kimi qoruyan, qoruyucu mələk, səhnələr ulduzu Düriyyə Rəhimovanın 90 illik yubileyi keçirildi.
Bu möhtəşəm tədbirdə, konsert proqramında, xalq artisti Düriyyə xanımın repertuarından mahnılar, quruluş verdiyi tamaşalardan kiçik hissələr nümayiş olundu.
Tanınmış nəğməkar şairə Zeynəb Dərbəndli  əvəzsiz sənətkarın repertuarından “Girdim yarın bağçasına” adlı Azərbaycan xalq mahnısını ifa eta etdi.
Tədbirin aparıcısı, xalq artisti Düriyyə Rəhimovanın davamçısı, Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisi Yaqut xanım Xandadaşova dəyərli sənətkarın, həyat və səhnə yolu haqqında  qısa olaraq  tamaşaçılara söz açdı. Konsertdə həm Azərbaycan, həm Ləzgi, həm Tabasaran xalqlarının tanınmış simaları iştirak etdilər.
Tədbir Dağıstanın Azərbaycan dilində efirə gedən, teleradio “KTRK DAGESTAN” kanalının işçiləri tərəfindən video lentə alındı. Proqram zamanı Dərbəndin tanınmış simaları- Dağıstan Respublikasının xalq artistləri Farizat Zeynalova, Zarifat, əməkdar artistlər- Sevda Beybalayeva, Əlimöhsüm Abbasov, Məhərrəm və Rahilə Ömərova, Mahir Məlikov, Bəsxanım Gülməmmədova, Ruslan Pirverdiyev, müğənnilər və aktyorlar- Tamilla Mihrabova, Sərxan Səmədov, Mirzə ağa Cüm Cüm, Şüküfə Məlikova möhtəşəm və yaddaqalan çıxışları ilə alqışlarla qarşılandılar .
 Ən yaddaqalan və ən gözəl məqam isə, Düriyyə xanımın bacısı Tamilla xanımın tədbirdə iştirakı oldu.
Sonda xatirə şəkilləri çəkildi.
Sənətimizin dəyərli xəzinəsi Düriyyə xanımın ruhu şad olsun!
Zeynəb Dərbəndli
(Dərbənd şəhəri)
Müstəqil.Az

 

Share:

Author: admin