Lukaşenkodan İlham Əliyevə məktub…

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

 

Müstəqil.Az məktubun mətnini təqdim edir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbrikləri qəbul edin.

Azərbaycan Respublikasının davamlı sosial-iqtisadi inkişafı, həyata keçirilən kompleks islahatlar və ölkənin dünya arenasında müsbət imicinin möhkəmlənməsi Sizin adınızla sıx bağlıdır.

 

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, həmçinin qardaş Azərbaycan xalqının tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirəm”.

Müstəqil.Az

Share: