Braziliya Prezidenti hamamda yıxıldı, xəstəxanalıq oldu

Braziliya Prezidenti Jair Bolsonaru iqamətgahında yıxıldıqdan sonra hərbi hospitala yerləşdirilib.

Oxu.Az-ın məlumatına görə, Braziliya KİV-ləri yazıb ki, Prezidentin ayağı hamam otağında sürüşdükdən sonra o yıxılıb.

Bildirilib ki, Prezident həkimlər tərəfindən müayinə olunub. Kompüter tomoqrafiyasında onda hər hansı bir travma qeydə alınmayıb.

Bununla belə J.Bolsonaru 6-12 saat müddətində tibbi nəzarət altında qalacaq.

Müstəqil.Az

Share: