Bakıda Yeni il “yolka”sı neçəyə başa gəlir? – VİDEO

Yeni il yaxınlaşdıqca bayramın əsas atributu sayılan yolka ağacları və oyuncaqlarının alışına da təlabat artır.bəs mağazalara yolka və oyuncaqları neçəyə satılır?

Ən bahalısı 360, ən ucuzu isə 6 manata satılır.

Yeni il bayramına bir həftə qalmasına baxmayaraq bayramın atributları olan yolka ağacları və oyuncaqlarının alışına təlabat var. Paytaxtda yeni il atributlarının satıldığı mağazalarda yolka və oyuncaqlarını istənilən formada və qiymətdə tapmaq olar. Bu məhsullar əsasən Çin, Türkiyə və Rusiyadan gətirilir.

Çindən gətirilən bu yolkanın 360 manat qiyməti var.

Satıcının sözlərinə görə, belə ölçüdə olan yolkalar həm çöl şəraitində, həm də evin içərisində quraşdırmaq olur. Ölçüsünün böyük, qiymətinin isə baha olmasına baxmayaraq belə yolakarlı alanlar da olur. Ümumilikdə yolkaların qiyməti keyfiyyətindən və ölçüsündən aslı olaraq dəyişir. Ən ucuz yolkanın qiyməti isə 6 manatdır.

Yeni il yolkası ilə yanaşı oyuncaqların qiymətlərinə də nəzər saldıq.

Satıcıların sözlərinə görə, şüşədən hazırlanan oyuncaqlar digərlərindən daha bahadır.

Müstəqil.Az

Share: