Dünya Müsəlman Alimlər Birliyi bəyanat yaydı: Ləğv edilsin!

Hindistan hökumətinin vətəndaşlıqla bağlı qanun layihəsində müsəlmanlar nəzərə alınmır və rəsmi Dehli bu layihədən vaz keçməlidir.

Müstəqil.Az xəbər verir ki, bu barədə Dünya Müsəlman Alimlər Birliyi bəyanat yayıb.

“Müsəlmanlara qarşı bu cür ayrı-seçkilik yolverilməzdir. Digər 6 dini qrupun üzvləri rahatlıqla vətəndaşlıq ala biləcəklər, lakin müsəlmanların yolu bağlanacaq. Beynəlxalq ictimaiyyət buna qarşı çıxmalıdır”, – bəyanatda bildirilib.

Qeyd edək ki, sözügedən qanun layihəsinə görə, 2014-cü ildən Hindistana gələn qeyri-müsəlmanlara vətəndaşlıq verilir. Müsəlmanlar isə bu layihədən kənarda qalır.

Müstəqil.Az

 

Share: