Bura Osmanlının doğulduğu yerdir – Yıldırım

Biz heç vaxt yoldan çıxmadıq. Bəziləri maraqlarının bitdiyi yerdə dayanacaqda düşüb. Allah salamat eləsin. Biz də eyni qətiyyətlə yolumuza davam edəcəyik.

Müstəqil.Az xəbər verir ki, bunu AKP-nin millət vəkili Binəli Yıldırım bildirib.

“Bu milləti sevirik. Rəcəb Tayyib Ərdoğanın yanında bu qutlu yolu davam etdirəcəyik. Ətrafımızda olan 1,5 milyard insanın məsuliyyətini daşıyırıq. Suriya, İraq, Qətər və yaxın coğrafiyada olan bütün problemlər bizi maraqlandırır. Çünki bura Türkiyə, bura Osmanlının doğulduğu yerdir”, – Yıldırım qeyd edib.

Pərviz HƏSƏNOV

Share: