Rusiyada Stalinə yeni abidə ucaldıldı

Volqoqradda Rusiya Kommunist Partiyasının üzvləri İosif Stalinə abidə ucaldıblar.

Məlumat partiyanın sosial şəbəkə hesablarında yayılıb.

Mərasim Sovet rəhbərinin anadan olmasının 140 illiyinə həsr olunub.

Büstün açılışı öncəsi bir neçə şəxs piket təşkil edərək mərasimin keçirilməsinə mane olmağa çalışıblar.

Polis onların aksiyasına müdaxilə edib.(oxu.az)

Müstəqil.Az

Share: