General Gerasimov böyük savaşdan bəhs etdi

2050-ci ilə qədər genişmiqyaslı müharibənin başlanması ehtimalı yoxdur.

Müstəqil.Az  xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib. O, hazırda dünyadakı vəziyyətin qeyri-stabil olduğunu bildirib:

“Bu, bəzi ölkələrin öz prinsiplərini güc metodlarından istifadə etməklə digər suveren dövlətlərə sırımaq istəyi ilə bağlıdır. Müstəqil siyasət yürütməyə cəhd edən dövlətlərə, o cümlədən Rusiyaya siyasi, iqtisadi və informasiya təzyiqləri gerçəkləşdirilir”, – deyə o bildirib.

Mete XAN

 

 

Share: