Polkovnikdən xəbər var – o, azadlığa buraxıldı

Həbs edilən Aprel döyüşlərinin iştirakçısı polkovnik Qadir Vəlişov azadlığa buraxılıb.

Müstəqil.Az xəbər verir ki, bu barədə Qarabağ qazisi Rey Kərimoğlu məlumat yayıb.

“Polkovnik Vəlişovun oğlu zəng etmişdi və dediyinə görə prokurorluğun verdiyi vəsadətlə polkovnik Qadir Vəlişov azadlığa buraxılıb”, – deyə o qeyd edib.

Qeyd edək ki, Q.Vəlişov Beyləqan rayonunda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə iki gün öncə saxlanılmışdı. Faktla əlaqədar Beyləqan Rayon Polis Şöbəsində (RPŞ) Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.

Müstəqil.Az

Share: