Kafe və restoranlarda qəlyandan istifadə yasaqlandı

Rusiyada qəlyan və elektron siqaretdən ictimai yerlərdə istifadəni qadağan edən qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Müstəqil.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiyalı deputatlar tam tərkibdə məlum qanun layihəsini dəstəkləyib. Dəyişikliyə görə, bundan sonra Rusiyada qəlyan və erlektron siqaret tütünlə bərabərləşdirilib və onlardan ictimai yerlədə istifadəsi qadağan edilib. Yeni qanun layihəsinə əsasən bundan sonra qəlyanların kafe və restoranlarda, elektron siqaretlərin isə bütün ictimai yerlərdə istifadəsi qanunsuz olacaq.

“Uşaqların siqaret çəkməyə cəlb edilməsi” ilə bağlı cəzaların da ağırlaşdırılması nəzərdə tutulur.(Moderator.az)

Share: