“Kitabevim.az” mağazalar şəbəkəsi bağlanır – Şok açıqlama

2013-cü ildə fəaliyyətə başlayan “Kitabevim.az” mağazalar şəbəkəsi fəaliyyətini dayandırır.

Bu barədə Kulis.az -a açıqlama verən “Kitabevim.az” mağazalar şəbəkəsinin direktoru Emin Sadıqov bildirib ki, mağazanın daxili xərclərinin çox olması, yüksək satışın həyata keçirilməməsi səbəbindən belə bir qərar verilib:

“Yüksək satış olmadığı üçün mağazanın fəaliyyətini dayandırmağa qərar verdik. Keçən il də “Əhmədli” metrostansiyası yaxınlığındakı mağazanı bağlamışdıq. Metronun “28 May” stansiyası yaxınlığındakı mağaza isə hazırda dotasiya ilə fəaliyyət göstərir. Vəziyyət belə davam edərsə, o mağazanı da bağlayacağıq. Fəaliyyət göstərdiyi dövrdən bəri mağazanın xeyirdən çox ziyanı olub. Satışın az, icarə xərclərinin çox olması mağazanın fəaliyyət göstərməsinə mane olur.”

Share: