Sultan ən bahalı oteldə 40 otaq bron etdi – Açıqlama

Oman sultanı Kabus bin Səid tibbi müayinədən keçmək üçün Belçikada səfərdədir.

Müstəqil.az xəbər verir ki, bu barədə Belçika Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Oman sultanlığının rəhbəri Belçikaya şəxsi səfər çərçivəsində gəlib”, – bəyanatda qeyd olunub.

79 yaşlı Sultanın səfərini bir sıra tibbi müayinələrdən keçməyin zəruriliyi ilə izah edən nazirlik Oman nümayəndələrinin açıqlamalarına istinad edib.

Qeyd edək ki, bir müddət əvvəl mətbuat Oman sultanının paytaxt Brüssel yaxınlığındakı Luven şəhərində ən bahalı oteldə yanvarın sonuna qədər 40 lüks nömrə bron etdirdiyini yazmışdı.

Xatırladaq ki, Sultan Kabus bin Səid 1970-ci ildən ölkəni idarə edir.(Axar.az)

 

Share: