“Kitab Evi” İctimai Birliyi Mirheydər Sadiqin “Kimlər keçdi səndən qılınclı yolu”nu təqdim etdi-FOTO

Müstəqil.Az bildirir ki, bu gün “Kitab Evi” İctimai Birliyinin təşkilatçılığı ilə  Mirheydər Sadiqin (Abbasov) “KİMLƏR KEÇDİ SƏNDƏN QILINCLI YOLU” adlı şeirlər kitabının təqdimatı keçirilib.

Təqdimatı Birliyin rəhbəri,  filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova açıb və kitab haqqında fikirlərini qeyd edib.

Tədbirdə şair, publisist Alim Gülmalıyev və Şəmsəddin Canıyev şairin ümumi yaradıcılığı haqqında məruzə ediblər.

Tədbirdə tanınmış yazıçı Səfər Alışarlı, şairlərdən Ayaz Arabaçı, kitabın ön söz müəllifi şair Mehman Göytəpəli, Təvəkkül Yadigar, Lilpar Cəmşidqızı, Amaliya Murad, Aləm Kəngərli, Akif Hacıyev, Fatima Kamranzadə və b. cıxış ediblər. Çıxış edənlər Müasir Azərbaycan poeziyasının keçdiyi yoldan, bu yolda hər şairin özünəməxsus izindən və orada Mirheydər Sadiqin də vətənpərvər, sosial tələbatlara cavab verən şeirlərinin xüsusi yeri olduğunu vurğulayıblar.

A.Nəzərova çıxışlararası şairin şeirlərini səsləndirib.

Mirheydər Sadiq öz növbəsində iştirakçıları salamlayıb, qarşıdan gələn yeni ildə illərdir üzünü duman, çən örtən Qarabağ torpağına Günəşin doğmasını arzulayıb, müəllif eyni zamanda gələn qonaqlara poetik nümunələrlə öz dərin təşəkkükürü bildirib.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

Müstəqil.Az

Share: