Hitlerin 1 milyon insanı öldürdüyü düşərgədə… – Merkeldən tarixi addım

NATO-nun sammitində iştirak etmək üçün İngiltərəyə gedən Almaniya Kansleri Angela Merkel gözlənilmədən Polşaya gəlib.

2005-ci ildən bu postda olan Merkel ilk dəfə Polşada nasistlərin Auşvits hərbi düşərgəsinə baş çəkib.

Hitler Almaniyası tərəfindən İkinci Dünya Müharibəsi vaxtı qurulan düşərgəyə ayaq basan kansler 1 milyon qurbanın abidəsi qarşısında baş əyib.

Merkel bununla Auşvitsə gələn üçüncü Almaniya hökumət başçısı olub.

İlk dəfə 1977-ci ildə dönəmin Almaniya kansleri Helmut Şmit düşərgəyə baş çəkib. Helmut Kol isə 1989 və 1995-ci illərdə düşərgəni iki dəfə ziyarət edib.

Merkelin sürpriz addımına dünya mediasında geniş yer verilib./Teleqraf

Share: