Kənan Hacı ABŞ-ın nüfuzlu mükafatını qazanıb

Kənan Hacı ABŞ-ın “Mundus Artium Press” adlı təşkilatın “İlin kitab icmalı üzrə ən yaxşı yazı” nominasiyasının qalibi mükafatını qazanıb.

Müstəqil.az-ın verdiyi xəbərə görə, K.Hacı bu mükafatı tanınmış amerikalı şairin kitabı haqda yazısına görə aldığını qeyd edib.

“Alban əsilli Amerikan şairi və ədəbi tənqidçisi Gjeke Marinajın “Eşq” seriyasından dərc olunmuş “Sevginin 24 saatı” şeirlər kitabı haqqında yazım bu ilin fevral ayında “Kaspi” qəzetində dərc olunmuşdu. Müəllif Amerikadan mənə yazıb təşəkkür etdi və bildirdi ki, bu yazı ingilis və italiyan dillərinə də tərcümə olunub, orada çox bəyənilib, ədəbi dərgilərdə çap olunub.”

Gallery

Share: