Bir erməni əsgər öldürüldü, digəri yaralandı

Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində erməni hərbçi ölüb.

Müstəqil.Az xəbər verir ki, bu məlumatı qondarma rejimin “müdafiə nazirliyi” yayıb.

Hərbçinin hərbi hissələrdən birində həlak olduğu, bir hərbçinin də yaralandığı vurğulanıb.

Ölən hərbçinin 1998-ci il təvəllüdlü Artur Acamyan, digərinin isə 1999-cu il təvəllüdlü David Melikbekyan olduğu bildirilib.

Müstəqil.Az

 

     

    Share: