Sərxoş babanın küçədə unutduğu nəvə soyuqdan dondu

Rusiya Federasiyasının Buryatiya Respublikasında küçədən donmuş vəziyyətdə azyaşlı qız tapılıb.

“RİA Novosti”nin xəbərinə görə, üç yaşlı qızı sərxoş babası gecə vaxtı küçədə unudub.

Yoldan keçən 42 yaşlı sakin azyaşlını xəstəxanaya çatdırıb.

Ayaqlarının donması diaqnozu qoyulan uşaq reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə ilə bağlı istintaq başlayıb.

Share: