Hərbi jurnalistdən Qarabağda döyüşən qadınları təhqir edən sabiq deputata sərt cavab…

 

 

Müstəqil.Az bildirir ki, Politoloq Cümşüd Nuriyev AzTV-nin efirində Qarabağ savaşı zamanı döyüşən qadınlardan ibarət batalyonun üzvlərini təhqir etməsi böyük etirazlara və qəzəbə səbəb olub.

Tanınmış hərbi jurnalist Əntiqə Qonaq öz facebook  səhifəsində sabiq deputatın çıxışına sərt şəkildə etirazını bildirib:

 

“Sən cəbhəyə addımını belə atmayan Cümşüd Nuriyev adlı kəs, qadınların döyüş zamanı küçə söyüşləri söyməsini hardan eşidə bilərsən ki???” Son zamanlar mətbuatda və sosial şəbəkələrdə Qarabağ qazilıri, əlilləri, veteranları, hətta Milli Qəhrəmanların belə ünvanlarına böhtanlar, vətən qarşısındakı xidmətlərini, döyüş şücaətlərini aşağılayan, şərəf və ləyaqətlərini alçaldan təhqiramiz fikir və ifadələr səslənməkdədir. Bunların hardan qaynaqlanması, kimlərə xidmət etməsi, nələrə hesablanması, nə kimi nəticələrə gətirib çıxarması barədə yazmaq fikrində deyiləm. Çünki bu, böyük və geniş bir yazının mövzusudur. Amma 27 ildən çoxdur erməni haylarına torpaq və ərazi məğlubiyyətimizə rəğmən düşmənlərimizdən öc almağın yollarını düşünmək əvəzinə, müharibə dəhşətlərini yaşamış vətənpərvər oğul və qızlarımızın döyüş xidmətlərinin üstünə xətt çəkərək gələcək nəslin vətən sevgisini, torpaq qeyrətini öləzitməyə çalışmaq vətənə xəyanətdi, bayrağımıza sayğısızlıqdı. Eheyyyyyyyy sən Cümşüd Quliyev, nazir və deputat kürsünün ləzzəti damağından hələ də getməyibmi? Yenidən səni vəzifə kreslosuna otuzdurmağa söz verənlərə yalmanmaq üçünmü bu qədər simasızcasına şərəfsiz addım atdın? Qarabağda odun-alovun içində mərdanəliklə və cəsurcasına döyüşən, həkim, tibb bacısı və tibbi xidmət işçisi kimi əsgər və zabitlərimizin yaralarını sarıyan, onlara maddi və mənəvi dəstək olan, döyüş yollarını addım-addım izləyərək şücaətlərindən yazılar yazıb onların xidmətlərini tarixiləşdirən qız və qadınlarımızı küçə adamı adlandırmaqdansa, tankların və iri çaplı texnikanın və bu texnikanı idarə edən qansız, manqurtlaşmış erməni silahlılarının təcavüzü və qəddarcasına vəhşilikləri sayəsində yüz cür ağlagəlməz və inanılmaz işgəncələrə məruz qalaraq girov götürülmüş və bu günədək hayların əsir düşərgələrində namuslarına təcavüz olunan, heysiyyəti zorlanan, soy-kökü təhqir olunan, nəhayət, düşmən qanından dünyaya uşaq gətirməyə məcbur edilən aciz, çarəsiz qız və gəlinlərimizi bu dünyada yaşadıqları cəhənnəmdən qurdarmaq üçün bir azərbaycanlı kimi, bir kişi kimi, ziyalı kimi, bizlərdən olan biri kimi yolllar axtarmağa çalışasan. Bəlkə, ən doğru yol bu olardı səninçün. Amma belə deyilmiş. Çünki sən yuxarıda adı sadalananların heç biri deyilsən. Ola da bilməzsən. Çünki bizlərdən deyilsən. Əyninə kişi paltarı geyinmiş bir məxluqsan. Zavallısan. Yazıqsan…..

Əntiqə Qonaq, əməkdar jurnalist, Qarabağ müharibəsi veteranı.

Share: