Pişəvəri adına Humanitar gimnaziyada İ. Nəsimiyə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi – FOTO

Müstəqil.az bildirir ki, 26 noyabr, 2019-cu ildə Bakı şəhəri, S.C.Pişəvəri adına Humanitar fənnlər gimnaziyasında dahi şair İ.Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Dünyaya sığmayan şair” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir.

Kompozisiyanın ssenari müəllifi və təşkilatçısı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, qabaqcıl təhsil işçisi mükafatçısı Ceyran Həsənova idi.

Şagirdlər Nəsiminin qəzəllərini söyləyib , sözlərinə yazılan mahnılar ifa edib,muğamlar oxuyub və şairin həyatı ilə bağlı səhnəciklər nümayiş etdiriblər.

Tədbirdə şair-qəzəlxan Xatirə Xatun, yazıçı-publisist Oqtay Ərgüşad və yazıçı-kulturoloq Aydın Xan Əbilov iştirak ediblər.

 

Müstəqil.Az

 

Share: