Əli Əsədov Avropa Yenidənqurma və İnkişaf Bankının Şərq Tərəfdaşlığı İnvestisiya Sammitində – FOTO

Noyabrın 22-də Böyük Britaniyanın paytaxtı London şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərq Tərəfdaşlığı İnvestisiya Sammiti keçirilib.

AZƏRTACxəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov AYİB-in mənzil-qərargahında keçirilən Sammitdə iştirak edib.

Sammit çərçivəsində Baş nazir Əli Əsədov Ukraynanın Baş naziri Aleksey Qonçaruk, Moldovanın Baş naziri İon Kiku və Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə ikitərəfli görüşlər keçirib.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlıq Sazişi və Azərbaycan Respublikası Hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Azərbaycanın Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Regional Tərəfdaşlıq Fondunda iştirakı ilə əlaqədar ianə haqqında Saziş imzalanıb.

Share: