Prezidentdən Bakı sakininə kömək – VİDEO

Prezidentə müraciət edən Səmayə Məmmədovanın problemi həll edildi

Bakı sakini Səmayə Məmmədova prezident İlham Əliyevə müraciət edərək onun banka olan kreditinin silinməsini xahiş etdi. Elə səhəri gün problem həll olundu və Səmayə xanımın banka olan borcu silindi. Biz də Real Tv olaraq Səmayə xanımla görüşdük və onunla daha yaxından tanış olmaq fürsəti qazandıq. İxtisasca tibb bacısı olan Səmayə Məmmədovanın 68 yaşı var. Deyir Prezidentlə görüşü tam təsadüf olub:

Səmayə xanımın problemləri 2009-cu ildən sonra başlayır. Həmin ildə xanım ağır avtomobil qəzası keçirir, daha sonra isə ayaqlarında, belində fəsadlar yaranır. Əlləri göylərdə, ağzı dualı olan Səmayə xanım prezidentlə görüşünün təəssüratından hələ ayılmayıb:

Altı nəfər ailə üzvü olan Səmayə Məmmədovanın oğlu müharibə veteranıdır və prezidentin igidliyə görə medalı ilə təltif edilib.

Xatrladaq ki, ötən gün Prezident İlham Əliyev “28 May” metrostansiyasının qarşısında paytaxt sakinləri ilə görüşüb, onların şikayətlərini dinləyib.

Bu zaman Bakı sakini Səmayə Məmmədova dövlət başçısına yaxınlaşaraq banka olan borcunun silinməsini xahiş edib.

Yaşlı qadın Prezidentə qəzaya düşdüyü üçün krediti ödəməkdə çətinlik çəkdiyini bildirib. Dövlət başçısı dərhal qadının probleminin həlli üçün müvafiq göstəriş verib.

Share: