Gözlərimdə bir ovuc yuxu üşüdü

Şəfəq SAHİBLİ

Sevgi başdan yalansa,
Ürək daşdan yonulsa,
Dünya özü oyunsa,
Dolusu nə, boşu nə?!

Günüm aya qarışdı,
Taleyimi qar aşdı.
Həyat yolu yarışdı
Enişi,yoxuşu nə?!

Buda ömrün sərt üzü,
Kədər üzü,dərd üzü,
Gördünsə namərd üzü,

***

Gözlərimdə bir ovuc
Yuxu üşüdü
Səbrimdən keçən cığıra
Qar düşdü.
Alın yazımın sətirləri arasından
Uzaq illərin ağrısı
Çıxdı köynəkdən…
Dilimdəki”sevirəm”sözü
Bu ağrıdan, bu köynəkdən…
Əlvida ,dostum-
ƏLVİDA
Daha çıxıb gedirəm-
Ömrün o başına
Səni Allaha tapşırdım,
Özümü bir cüt göz yaşına…

BAŞ DAŞISIZ QƏBİR

Günüm
Səni unutmaqla
keçir…
Misra misra
gözlərini,
Unuduram əvvəl
sonra bənövşə qoxulu
gözlərini…
Sonra göz yaşlarımda
yuyuram
gözlərinin qoxusuna
hopmuş
xatirələri
səni unutmaq isdəyirəm,
zavallı nifrətim
ürəyimdə utandığından
yer tapa bilmir,
gizlənməyə
sinəmdən daş kimi
asılan həsrətini
Daşa basıram.
Sonra hər daşdan özümü
Sətir-sətir
Şeir-şeir asıram.
Səni unutmaq isdəyirəm,
“Unut” sözü
Başdaşsız qəbir
kimi oxşayar,
Ürəyimdəki yerini!…

Shefeq Sahibli adlı şəxsin şəkli.
Share: