Rusiyada kollecdə dəhşət – Tələbə yoldaşlarını güllələyən gənc intihar etdi – VİDEO

Rusiyada kolleclərin birinə silahlı hücum olub.

Müstəqil.Az Ren tv-yə istinadən xəbər verir ki, Amur vilayətinin Blaqoveşensk şəhərindəki İnşaat və Kommunal Kollecində baş verib.

Hadisəni kollecin 4-cü kurs tələbəsi törədib.

Belə ki, həmin tələbə dərsə davamiyyətinə və davranışına görə auditoriyadan qovulub. Bundan sonra həmin gənc silah götürərək otağa girərək tələbə yoldaşlarına atəş açıb.

Hadisə nəticəsində bir tələbə ölüb, 3 nəfər yaralanıb. Yaralılar Eqor S., Kasyan K., Vladislav R.-dır.

Hadisəni törədən silahlı gəncin saxlanılması üçün əraziyə polis cəlb olunub. Gənc təslim olmaq istəməyib və hüquq-mühafizə orqanlarına atəş açmağa başlayıb.

Polislər həmin tələbəni vurmağa məcbur olublar. Nəticədə yaralanan silahlı gənc özünü öldürüb.

Share: