İlqar Türkoğlunun Adana xatirələri…

Dəyərli dostlar, Adanada düzənlənən 5-ci Uluslararası Türk Dünyası şeir və musiqi festivalı haqqında geniş yazı hazırlamaq fikrində olduğum üçün, öncədən, bizi üzən bəzi detalları diqqətinizə çatdırmağı özümə borc bildim.

Ötən illərdə festivala qatılan bəzi “cırhacılar”ın, üzdəniraq əməllərindən dolayı, dışlanmasından sonra, onların şəxsimə və qrupumuza qarşı ikrah dolu, əsası olmayan atmaca və yazılarının şahidi olduq. Erməni xislətli, əsli- şəcərəsi bəlli olmayan bu qəbildən olan insanların ümumtürk adına açıq və gizli fəaliyyətləri çoxumuza bəlli olduğundan zamanında cavabları verilib və yenə də veriləcək.

Qısaca da olsa, bizi üzən daha bir qonu üzərində dayanmaq istəyirəm. Sovetlərin süqutundan sonra canımız, qanımız olan Türkiyə ilə ədəbi ilişgilərin qurulması çox önəm daşıyırdı. Təəssüflər olsun ki, bu münasibətlərin qurulmasında bugün də korporativ, konyuktur maraqları olan insanlara rast gəlirik. Türk Dünyası adına könül verdiyimiz adana escort qutsal işdə amalı saf, əqidəli insanların biraraya gəlməsi çox önəmlidir. Biz, Çukurova Edebiyatçılar Derneği və onun misilsiz başqanı Halise Tekbaşla, istər dövlət, istərsə də hər hansı cəmiyyətin təşkilatçılığında heç vaxt təsadüf edilməyən, 250-300, bəzən 450 insan sayı olan böyük törənlərə imza atmağı, Türk Dünyası, türk insanları ilə biraraya gəlməyi, ədəbiyyat və kültürümüzü, milli dəyərlərimizi ayaqda tutmağı bacardıq. Artıq, sayca beşincisi uğurla reallaşan bu festivallar, Türkiyədə də bəzilərinin qısqanclıq obyektinə çevrilib. Adanada yaşayan, iki cüt, bir tək insanı biraraya gətirməyi bacara bilməyən, daha çox qadın ovuna çıxan Cahit Baba adında birisi də var.

Çukurova Ədəbiyyatçılar Dərnəyinin düzənlədiyi, istər ötən illərdəki, istərsə də builki festivalda çəkilmiş şəkillərin üstündə “Tümsan haber Tüm sanatçıları eğitim ve kültür dayanışma derneği genel merkezi” loqotipini “möhürləməklə” adam açıq- aşkar oğurluqla- plagiatçılıqla məşğuldur. Bunu nə üçün belə etdiyini araşdırmaq üçün səhifəsini vərəqlədim, bəzi dostları aradım. Eşitdiklərim və gəldiyim qənaət adamın ərəbbaşlı, qadın ovçusu, yeni bir Adnan Oktar olduğunu təsbit etdi. Azərbaycanla ilgili dayaz düşüncələri və məqsədləri barədə də yetərli məlumat toplaya bildim. Odur ki, Azərbaycanda facebook dostluğunda olanlara Cahit Baba adı ilə keçən bu adamın toruna düşməməyi, onunla məsafədə durmalarını məsləhət bilirəm. Türk Dünyamız var olsun!

İLQAR TÜRKOĞLU  

Müstəqil.Az

 

Share: