Lavrov Qarabağın yekun statusundan bəhs etdi

İrəvanın xarici siyasəti balanslı xarakter daşıyır.

Müstəqil.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Mediamaks”a müsahibəsində deyib. O, Moskva və İrəvanın KTMT çərçivəsində kollektiv təhlükəsizlik vasitələrinin və potensial qüvvələrinin artırılmasının davamlı olması üçün birgə çalışdıqlarını bildirib.

Lavrov Rusiyanın Qarabağda təmas xəttində stabilliyin saxlanılmasını alqışladığını söyləyib.

O, gərginliyin bundan sonra da azaldılmasını danışıqlar prosesi üçün xoş olan atmosferin yaradılmasına yardım edəcəyini bildirib.

Rusiya XİN rəhbəri Dağlıq Qarabağın yekun hüquqi statusunun ən çətin məsələlərdən biri olduğunu söyləyib.

Mete XAN

Share: