Tanınmış şair, MTRŞ-nın baş məsləhətçisi “Tərəqqi” medalı ilə təltif edildi…

Prezident MTRŞ-nın baş məsləhətçisi, dövlət qulluğunun kiçik müşaviri, tarix üzrə fəlsəfə doktoru, tanınmış şair Həyat Şamıyevanı (Həyat Şəmi) “Tərəqqi” medalı ilə təltif etdi.

Müstəqil.Az xəbər verir ki, dünən Prezident İlham Əliyev Televiziya və Radio işçilərinin peşə bayramı günündəMTRŞ-nın baş məsləhətçisi Şamıyeva Həyat Rəhman qızının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam  imzalayıb.

Müstəqil.Az olaraq tanınmış şairimizi bu əlamətdar hadisə ilə bağlı təbrik edir, yaradıcılıq uğurları arzulayırıq.
Müstəqil.Az

Share: