İran aviasiyası Fars körfəzində naməlum PUA-nı vurub

İran Hava Hücumundan Müdafiə Qüvvələri naməlum pilotsuz uçuş aparatını (PUA) vurub.
Bu barədə İSNA agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində qeydə alınıb. Belə ki, bu gün səhər saatlarında Fars körfəzində, Mahşəhr limanı yaxınlığında naməlum PUA vurulub.
Hadisə barədə hələlik başqa məlumat verilməyib.
Share: