“Təcili olaraq Türkiyəyə…” – Pompeoya şok məktub

Respublikaçı senatorlar Lindsey Qraham və Marşa Bləkbörn, habelə demokratlar Kris Van Hollen, Riçard Blümental və Ceyn Şahin ABŞ Dövlət katibi Mayk Pompeoya məktub göndərərək Türkiyəyə sanksiya tətbiq edilməsini tələb edib.

Məktubda Türkiyə Suriyanın şimal-şərqində rejimini pozmaqda ittiham olunub.

Tramp administrasiyasında “Türkiyəyə sanksiya tətbiq edin” çağırışını edən senatorlar məktubda yazır:

“Ortaya çıxan nəticələri nəzərə alsaq, itirəcəyimiz vaxt yoxdur”.

Türkiyənin anlaşmanın əksinə olaraq təhlükəsizlik bölgəsi xaricində əməliyyat keçirdiyi və kürdlərə silahlı hücum təşkil etdiyi iddia olunan məktubda bildirilib:

“ABŞ Prezidenti Donald Tramp bir neçə dəfə “Ankara şərtləri pozsa, iqtisadiyyatlarını yox edərəm”, demişdi. Buna görə də oktyabrın 17-də imzalanmış anlaşmanın şərtlərinin yerinə yetirilməsi üçün Türkiyəyə sanksiyaların tətbiq edilməsini istəyirik”./teleqraf

Share: