Neft Daşları 70 illiyə hazırlaşır – VİDEO

Kütləvi informasiya vasitələrinin bir qrup əməkdaşı 70 illiyini qeyd etməyə hazırlaşan Neft Daşlarında yaradılan şəraitlə tanış olublar.

Xezerxeber.az-ın məlumatına görə, Xəzər dənizində, Bakıdan 110 km aralıda yerləşən Neft Daşlarına gəmi ilə 5-6 saata, helikopterlə isə 30-40 dəqiqəyə getmək mümkündür. 3000-dən çox neftçinin növbədə olduğu bu şəhərciyin salınmasına 1949 cu ildən başlanılıb.

Daha sonra ərazidə 7 böyük gəmi və çoxlu sayda kiçik gəmilər batırılaraq neftin çıxarılmasına başlanılıb. 1967-ci ildə buradan 7,6 milyon ton neft hasil edilib .Ötən müddətdə isə Neft Daşları yatağından 176 milyon ton neft və 13,6 milyard kubmetrə yaxın həcmdə təbii qaz hasil olunub.

Neft Daşlarında 200 -ə yaxın işlək neft quyusu var və buradan illik hasilat 1 milyon tondan çoxdur.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun sözlərinə görə, qarşıdakı illərdə Neft Daşlarında daha 5 estakadanın tikilməsi və 50-60 quyunun qazılması planlaşdırılır.

Hazırda dənizdə olan ”Günəşli” yatağından, ”Çıraq 1” platformasından əldə edilən neft və qaz Neft Daşlarına, ordan da 73 km uzunluğundakı borularla sahilə ötürülür. “Abşeron” qaz yatağından əldə ediləcək qazın da məhz bu yolla sahilə çatdırılması hədəflənir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Müstəqil.Az

Share: