“Körpələr evinə qoyulduğu gün olur onların doğum günü…”- Aida Dadaşova

 

Kimsəsiz uşaqlar…

Həyat erkən yaşlarından çətinliklərə sinə gərməyi öyrədir onlara. Öz ayaqları üstündə durmağı bacararaq, gözləri qapıda, baslarina nə gələcəyindən xəbərsiz böyüyürlər. Kim bilir nəyin qurbanı oldu bu uşaqlar?! Bir ana nəvazişinə, ata qayğısına həsrət qalan körpələr, nə çətinliklər gözləyir sizi? Həyatın hansı oyununun qurbanısınız, bilmək olmur.

Neçə ailələr var ki, övlad həsrəti ilə alışıb yanırlar. Neçə ailələr övladsızlıqdan dağılır. Amma öz övladlarından imtina edən ailələr də var təəssüf ki, yaşadığımız cəmiyyətdə.

Qorxunc haldır ana öz körpəsini atması. Övlad neçə yaşda olursa olsun anaya ehtiyacı olur. Düşünmürlər ki, mənə də ehtiyacı olar bu körpənin?! Bu körpələr də digər körpələr kimi necə olursa olsun böyüyəcəklər. Onlarin keçmişinə,uşaqlıq illərinə dəyən bu iztirabın hesabını kim ödəyəcək? İnsan psixologiyasına dəyən ən böyük ziyan uşaqlığında aldığı zərbələrdir. O yaşda yaşananlar heç zaman yaddaşdan silinməz.

Ən əsası insan öz uşaqlıq illərini tez-tez xatırlayır. Unudulmayan uşaqlıq illəri. Ailenle keçirilən xoş günlər.Bacı,qardaşı ilə həm gülüb əyləndiyi, həm də küsüb-barişdığı günləri göz önünə gətirir insan yaşa dolanda. Kimsəsizlər evinde böyüyən uşaqların isə uşaqlıqlari fərqlidir. Onlar ata-anadan, baci-qardaşdan məhrum böyüyürlər. Sığınacaqlarda, körpələr evində nə qədər xoş gün görsələr də yenə insana öz evi, öz ailəsi kimi olmur.Onlarin içində hər zaman ailə özləmi yaşanır.Onlar da xəyallarında ailələri ilə öz evlərində yasayirlar. Amma dediyim ki, xəyallarda. Bəs gerçək nədir? Onların gələcəkdə öz tanışlarına, öz övladlarına anlatacaq uşaqlıq xatirələri nə olacaq? Onlar ağladıqları günlərdən, analarını arzuladıqları gecələrdən göz yaşı içində danışacaqlar. Bəzən də başlarına gələn maraqlı bir əhvalatı göz yaşıni silib güclə gülümsəyərək xatırlayıb bölüşəcəklər.

Nə acı. Bütün bunları yaşamağı onlar istəmədi, onlar seçmədi bu çətin həyatı. Hami kimi onlarda öz evlərində, öz ailələrinin yanında böyümək istədilər.Xəstələnəndə başı üstündə dayanan ana istəyərdi bu körpələr də.Ana nəvazişi istəyirdi.Onlarin da xoşbəxt yaşamaq haqları idi. Onlar da ana, ata əlindən tutub məktəbə ilk addımlarını atmaq arzular idi. Amma o uşaqlar bütün bunlardan məhrum yaşayırlar.

Gözləri qapıda qalır bu uşaqların. Səssizcə, uzun-uzadi göz belə qırpmadan qapıya baxır, pəncərədən ətrafa boylanirlar. Min fikir, min xəyal dolaşır beyinlərində. Neçə arzular, neçə xəyallar ölür onlar üçün. Bəzən özümü onların yerinə qoyuram.Necə olardi mənim həyatım. Korpə ikən atilsaydım əgər, 18 yaşım tamam olandan sonra harada yaşayardım, kimin yanına sığınardım. Bütün bunları düşündükcə adam dəhşətə gəlir. İnsan öz canından, qanından olan birini necə atar? Kimi öz həyatinin alt-üst olmasını istəməyərək atır, kimi de ehtiyac üzündən.Bax, bu son fikirle mən razılaşa bilmirəm. Ehtiyac üzündən də olsa atılmamalıdır övlad. Özün bir tikə çörək tapıb yeyirsənsə demək ona da yedirde bilərsən. Sığınacaqlardaki, körpələr evindəki uşaqları görəndə adamın ürəyi dözmür. ,,Necə qiyiblar sizə” deyə bir fikir səslənir adamın beynində.Bayramlarda, ad günlərində kimlər gəlir təbrikə, hansı qohum? Gözləri qapıda qalır bu korpələrin.Bəziləri ara sıra da olsa ziyarətlərinə gələn valideynlərini(onlara valideyn demək olarsa)görürlər. Bəzi uşaqlar ki var,onlar heç valideyninin kim olduğunu bilmir. Nə zaman doğulub, nə zamandır doğum günüm? Bilinmir.

Körpələr evinə qoyulduğu gün olur onların doğum günü. Adlari belə olmur çoxunun. Sığınacaqlarda ad qoyurlar onlara. Uşaq yaşlarından həyatın hər üzünü gördülər bu kimsəsiz uşaqlar.Bəlkə də bu üzdən onlar bir-birlərinə çox bağlı olurlar. Hər çətinlikdən birlikde keçib, bir- birinə sığınırlar. Baxdığımız filmlərdən, rastlaşdığımız həyatdan görürük bu uşaqların acınacaqlı həyatlarını. Kimi öz yolunu yaxşı tərəfə seçib bütün çətinlikləri gözə alaraq oxuyub təhsilini davam etdirir, kimisi də həyatın oynadığı oyunların yenidən qurbanı olur.

Yaşı tamam olub kimsəsizlər evindən ayrılanlar hara gedəcək, nə edəcək? Bütün olanlar azmış kimi, bir də bunun ağrı- acısını yaşayırlar. Nə gözləyir onları? Düzdür, hər dəfə kimsəsiz uşaqların sığınacağına baş çəkən insanlar var. Onları sevindirirlər. İstər əyləncələri ilə, istər aldıqları hədiyyələrlə. Amma onların içində boşluqları doldura bilməzlər. Bu boşluq ana, ata boşluğudur. Bunu heç kim heç nə ilə doldura bilməz.Nə qədər yaxşı yeyib,yaxşı geyinsələr də,deyib-gülüb əyləncələr də gözlərində qəm var onların.

Nə bilmək olar onlar əyləncə hansı xəyalı qurur. Bu uşaqların yeməkdən, geyimdən çox mənəvi ehtiyaclarını ödəmək lazımdır. Bir insan hər gün eyni insanlar, eyni yer görəndə yeniliyə ehtiyac duyur. Bu uşaqlarda elə. Onlarla söhbət etməyə, onlarla danışıb-gülməyə, onlarla əylənməyə çox ehtiyacları var. Biz buna çalışmalıyıq.Onları həyatda yaşamaq üçün, öz ayaqları üstündə durmağı, budrəməməyi öyrətməyə çalışmalıyıq. Ən əsas da çalışmaq lazımdır ki,bu körpələr anlasınlar ki, harda olurlar, hansı şəraitdə yaşayırlar yaşasınlar həyat və yaşamaq gözəldir. Çünki dövlətimiz kimsəsiz uşaqlara, kimsəsiz qocalara hər zaman dəstək olub, onların qayğısına qalıb. Həyat yaşadıqca gözəlləşir.Onlar da yaşadıqca, uğurlar əldə etdikcə həyatın necə gözəl olduğunu anlayacaqlar.

 

Müstəqil.Az  

Aidə Dadaşova

(Neftçala rayonu Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbin Ana dili müəllimi.)

Share: