Korrupsionerlə faşist necə “birləşdi”? – Ekspert

Radikal müxalifətin korrupsiyaya qarşı mübarizə, şəffaflıq, demokratiya və bu kimi amillər haqqında danışdıqları boşboğazlıqdan başqa bir şey deyil. Korrupsiyada əli olan bir insanı öz sıralarına qəbul edib ona biət etmələri bunu bir daha sübuta yetirdi.

Müstəqil.Az bildirir ki bu sözləri Axar.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli müxalifətin noyabrın 5-də Müsavat Partiyasının qərargahında keçirdiyi dəyirmi masada Əli İnsanovun iştirakı haqqında danışarkən deyib. O bildirib ki, korrupsioner Əli İnsanovla onun “faşist” adlandırdığı İsa Qəmbər və digərlərinin bir araya gəlib, demokratiya müzakirələri aparması növbəti iflasın açıq şəkildə göstəricisidir:

“Öz tərəfdarlarına yuxarıdan-aşağı baxan, onlara ən ağır sözlər deyən, təhqir edən, öz partiyasına, əqidəsinə, liderinə xəyanət etmiş Əli İnsanovla qürurla yanaşı oturmaları onların əsl məqsədlərini ortaya qoyur. Əli İnsanovun kim olduğu hər kəsə bəllidir. Soyadı ilə xarakteri, əməli daban-dabana zidd olan bu adamın qılıncının kəsmədiyi baş qalmamışdı. İstedadlı, bacarıqlı adamlar onun gözünün düşməni idi və əlinə imkan düşən kimi həmin adamları ləkələyir, səhiyyə sistemindən uzaqlaşdırırdı. İndi belə bir adam hansı haqla haqdan, ədalətdən və korrupsiyadan danışa bilər ki! Bəzi yaddaşı korşalanlar, siyasi amneziyaya tutulanlar onun vəzifədə olduğu zaman kəsiyinə nəzər salsınlar”.

Politoloq bildirib ki, Əli Kərimli və digərləri öz çirkin niyyətlərinə çatmaq üçün ehtiyac duyularsa, Əli İnsanovun əlini öpməyə də hazırdırlar:

“Dəyirmi masada yığışanların bir qrupu vaxtilə hakimiyyətdə olub. İstər İsa Qəmbər, istər Əli Kərimli, istərsə də Arif Hacılının hakimiyyətdə olduqları zaman xalqın başına nə oyun açdıqları hamının yaxşı yadındadır. İndi Əli İnsanovun müxalifətin birliyi təşəbbüsünün aparıcı simasına çevrilməsi bu formatın simasızlığını açıq şəkildə göstərir. Həmçinin, şübhəsiz ki, müxalifət Əli İnsanovun bir vaxtlar Azərbaycan dövlətindən oğurladığı vəsaitlərin bir hissəsinin də onlara çata biləcəyi ehtimalına görə onunla “birləşirlər”. Onlar öz məqsədlərinə çatmaqdan ötrü hətta İnsanovun əlindən belə öpməyə utanmazlar. Amma xalq hər şeyi çox yaxşı görür və anlayır”.

Mahir Ələkbərov

170 baxılıb
mersin escort