“Getdiyim yol deməz yerimi mənim…”- Həmidə Məhəmmədin şeirləri

(Həmidə Məhəmməd)

O zamana apara bilən bir qüvvə istəyirəm

O zaman ki, gecələrin od nəfəsi vardı
Gündüzlərin buz əllərini isidən..
O zaman ki, səhərlər açılardı tramvay səsinə,
Gecələri şirin yuxu yatan, göz yaşları sevincdən yaşaran gözlər.
O zaman ki, əl açmamışdı heç bir ana,
Qürurunu sındırıb ayaqlar altına salana
O zaman ki….
O zaman ki, inləməmişdi atalar, beli bükülməmişdi xəcalətindən.
Bir zaman vardı… O zaman ki,çiçəklərdən qan qoxusu, torpağın gözündən şəhid yuxusu gəlmirdi.
Küçələrdə döyülmürdü dədələr, analar sürünmürdü küçələrdə…
Əli öpülürdü anaların, körpələrin gözləri gülərkən…
Bir zaman vardı,,,, o zaman ki….
O zamana apara bilən bir qüvvə istəyirəm

Dözüb_əff eləyəsən

Ha şəhid qanı səpdik,, lazım,, gələcək o yola
O da naxələf çıxdı,satıldı sərvətə, pula.
Deyirəm Bakıda bir yaxşıca Qarabağ ola,
Gəzib_kef eləyəsən…
Yatasan ac qarına hər gününün tən yarısın,
Quru taxca, quru boxça, yarı dən, tən yarı su.
(Nəmə lazım satılıb torpağımın tən yarısı)
Bezib _səf eləyəsən….
Gedəsən məmurlara diz çökəsən, üz tökəsən,
Bağında meyvəsi bol,bir yekəcə ev tikəsən.
,, Qudurub,, yan yörəndə hər nəyi varsa sökəsən,
Əzib_məhv eləyəsən…
Sonra bir gün yuxuna atan, baban, dədən gələ
Məsxərəyə qoya hey,gələn gülə gedən gülə.
Durasan kəm yuxudan, nə can, nə də bədən bilə
Yozub _nəf eləyəsən…
Qalxasan!Dizlərinə taqət gələ, heyrət gələ,
Namərdlərin yerinə hey mərd gələ, hey mərd gələ!
Lazım gələsi olmadı,əvəzində qeyrət gələ
Dözüb_əff eləyəsən

 

Gedərəm

Dönərəm yağışa,selə gedərəm,
Düşərəm ağıza, dilə_ gedərəm.
Vallah,baş götürüb elə gedərəm,
Getdiyim yol deməz yerimi mənim…


Quruynan od alıb,yaşnan alışıb
Dil tapıb qurdnan, quşnan danışıb,
Ağılnan düşünüb,başnan soruşub,
Verdiyim sirr bilməz sirrimi mənim…


Özgə şey söyləməz göz gördüyünnən.
Əlim bərk yapışar üz gördüyünnən.
Döndərə bilməyər öz bildiyinnən
Xəncər,tiyə soymaz dərimi mənim…

Müstəqil.Az
334 baxılıb
mersin escort