“Pıçıltıların hərflərində ölənlərin ikindi sədası səslənər və sevgilərdən sızar ayrılıq…”- Nurlan Vaqifoğlu…

Esse…

(Nurlan Vaqifoğlu)

Sevda rütubətidi yarpaqların uçuşu,

Həyatın fırlanan yerindən şair düşüncəsidir bütün bu nəqarətlər…
Yarpaqlar önündə sular göyərər ,

pıçıltıların hərflərində ölənlərin ikindi sədası səslənər

və sevgilərdən sızar ayrılıq…
Bütün varlıqların notunda susar ömrümüz,

xoşbəxtliklər tapılar qadın əyləncəsində…
Həmçinin…zamanın nisbi olmağından sevgilər ölməzlik qazanar.
Yoxluqların adında tapılar sevgi məktubları…
Və bununla da bütün yollar bir ölüm ağrısı kimi qocalar…

Mən səni sevdim.

Nə yaxşı ki,gəldim mən bu dünyaya,
Ömrüm ili sevdi,mən səni sevdim.
Gözüm dikilibdi ulduza, aya,
Dəniz seli sevdi,mən səni sevdim.

Şahlar, Süleymanlar yurdu,yuvanı,
Döyüş meydanında qanlı davanı.
Zülmət gecələr də sakit havanı,
Bülbül gülü sevdi,mən səni sevdim.

 

Hələ olmamışam şən bu sevgidə,

Yendi gözlərimə çən, bu sevgidə.
Gör nələr çəkmişəm mən bu sevgidə,
Nəğmə dili sevdi, mən səni sevdim.

 

 

Narazı

Çox adam bir -birin düz başa düşmür,
Hər kəs bir məqamdan, sözdən narazı.
Döyüşsüz, davasız dünya ötüşmür,
Ürək dildən,baxış gözdən narazı.

Dünyanı bürüyüb neçə-neçə səs,
Ümidsiz yaşayan ,həyatı sevməz.
Özündə axtarmır günahı heç kəs,
Oğul yardan,ata qızdan narazı.

Həyatı dərindən düşünüb bil, sən,
Gah qırıq nəğməsən,gah batıq ünsən.
Bir də görürsən ki,naşükür insan-
Şirin dildən,xoş avazdan narazı.

Nurlan de-qismətdən ,bir də taledən,
Düşdü ürəyə xal,düşdü telə dən.
Əfsus ki,biz olduq ömrü gödəldən,
Heç olmadıq özümüzdən narazı…

Müstəqil.Az

Share: