Sumqayıtda Nizami Gəncəvinin heykəli yoxa çıxdı – AÇIQLAMA + FOTO

Sumqayıt şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəli sökülüb.

Müstəqil.Az Oxu.Az-a istinadla xəbər verir ki, şəhər bazarının yaxınlığında yerləşən heykəl bir neçə gündür yerindən götürülüb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev Oxu.Az-a bildirib ki, şairin heykəli adına layiq yerə köçürülür.

 

“Nizami Gəncəvinin heykəli şəhərdə yeni tikilmiş “Nizami” kinoteatırının qarşısında ucaldılacaq. Bunun üçün işlər artıq tamamlanmaq üzrədir”, –  E.Qocayev deyib.

Share: