Hüseyn Cavidin büstü İstanbulda – VİDEO

İstanbulun Mərkəzi Parklarından birində H.Cavidin abidəsi ucaldıldı

Azərbaycanın görkəmli şairi, dramaturq Hüseyn Cavid doğum günündə İstanbulda anılıb. O şəhərdə ki, Hüseyn Cavid bu şəhəri çox sevirdi və ömrünün bir hissəsini də İstanbulda keçirmişdi.

Doğum günündə Hüseyn Cavidin büstü İstanbulun mərkəzi yerlərindən birində Bəy Oğlu Səmtində, insanların gur olduğu yerdə ucaldılıb. Ucaldılan büstün açılışı bu gün baş tutub və Azərbaycan baş konsulu Məsim Hacıyev bu barədə jurnalistlərə açıqlama verib.

Abidə azərbaycanlı rəssam-heykəltəraş Sənan Eynullayev tərəfindən hazırlanıb.

Share: