Kəmalə Məcidova “Bitir ürəyində bəlkələrini” adlı ilk şeirlər kitabını təqdim edəcək…

 

Müstəqil.Az xəbər verir ki, Ağdaşda yaşayıb yaradan müəllim, şair Kəmalə Məcidovanın “Bitir ürəyində bəlkələrini” adlı ilk şeirlər kitabı işıq üzü görüb.

27 oktyabr, 2019-cu il, saat 14:00- da doğma məkan “Azərkitabda” kitabın təqdimat mərasimi və imza günü keçiriləcəkdir.

Maraqlanan və qəlbi gözəl söz eşqi ilə vuran hər kəsi öz müəllim peşəsini şərəflə, vicdanla yerinə yetirən, cəmiyyətimizə neçə- neçə sağlam gələcək nəsib edən, üzərinə götürdüyü hər işi layiqincə təmsil edən Kəmalə xanımın  ilk kitabının sevincini onunla birlikdə yaşamaq və çoxaltmaq üçün  təqdimat mərasiminə dəvət edirik.

Qəlbi, ruhu, düşüncələri, təbəssümü ilə bahar paylayan müəllim-şairə yaradıcılıq və peşəsində uğurlar arzulayaraq ürəyindəki bütün kədərli “Bəlkələrini” bitirməsini arzu edirik.

 

Ünvan: “Azərkitab Kitab Təbliğat Mərkəzi “

Yasamal rayonu,General Akim Abbasov küçəsi,78.

 

Müstəqil.Az

Aysel Səfərli

 

 

Share: