Ermənistan sammitdə iştirak etməyəcək – VİDEO

Zirvə görüşünə 60-a yaxın ölkənin rəhbərləri qatılacaq

Qoşulmama Hərəkatına sədrliyi müddətində Azərbaycanın prioriteti sülhün və sabitliyin qorunmasına töhfə vermək olacaq. bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov dedi.

Ermənistan nümayəndə heyəti Qoşulmama Hərəkatının sammitində iştirak etməyəcək. xarici işlər nazirinin müavini Ramiz Həsənov, dedi ki bu günə kimi Ermənistan iştirakla bağlı niyyətini bildirməyib və qeydiyyatdan keçməyib.

Ermənistan Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün müraciət etməyib. O, təşkilatda müşahidəçi ölkə olsa da, təşkilatın saytında qeydiyyatdan keçən iştirakçıların siyahısında yoxdur.

Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü Bakıda 25-26 oktyabrda keçiriləcək. Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirakı edəcək.

Share: